Gədəbəydə açıq hökumətin təşviqi

5 QHT-nin birləşdiyi "Gənclər Koalisiyası" QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb.

"Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planın"da gənclərin fəal iştirakçılığının təmin edilməsi və vətəndaş cəmiyyəti strukturlarını cəlb etməklə bu fəaliyyətin həyata keçirilməsinin effektivliyinin artırılması" layihəsi çərçivəsində ilk görüş Gədəbəy rayonunda keçirilib.

AzNews.az-a verilən məlumata görə, layihənin koordinatoru Vüsalə Hüseynli görüşdə prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən hazırda iki mühüm Proqramın tətbiq olunduğunu bildirib. Bunlardan biri Açıq hökümətin Təşviqinə dair Milli Dövlət Proqramı, digəri isə Korrupsiyaya qarşı Milli Dövlət Proqramıdır: "Hər iki proqram mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının fəaliyyətləri bu günki tələblərə uyğun şəkildə qurulsun, vətəndaşların istək və arzuları nəzərə alınaraq formalaşsın. Ən əsası isə dövlət qurumlarında sənəd qəbulunda vətəndaşların iştirakı, ictimaiyyətin bu və ya digər formada şəffaflığın təmin olunmasında fikri nəzərə alınsın". Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaranması ilə bağlı sərəncam imzalanıb ki, bu da yuxarıda qeyd olunan hər iki dövlət proqramının nəticəsi kimi qəyərləndirilə bilər: "Çünki bu agentlik, dövlət-vətətəndaş cəndaş münasibətləri arasında yeni keyfiyyət kateqoriyasının yaranmasında mühim rol oynadı. Bu agentlik vasitəsi ilə regionlarda "ASAN-Xidmət" Mərkəzləri formalaşmağa bağladı ki, bu proses də bütün ölkə boyu davam edəcək. Vətəndaşlar bir çox sahələrdə sənədlərin əldə olunmasında, dövlət qurumları ilə əlaqələrin tənzim olunmasında "ASAN Xidmət" Mərkəzlərinin xidmətlərindən faydalana biləcəklər". Görüşdə çıxış edən koalisiya üzvü Mübariz Göyüşlü, Şəmkir Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Poladov da çıxışlarında icrasına başlanılan layihənin məqsədindən danışıblar. İctimai müzakirə zamanı çıxış edən Gədəbəy sakinləri ölkə başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təqdirəlayiq olduğunu bildiriblər. Rayon sakinləri tezliklə bu qurumun Gədəbəy rayonunda da fəaliyyətə başlayacağına inandıqlarını vurğulayıblar.

AzNews.az