Mikayıl Cabbarov Yaponiyanın səfiri ilə görüşdü

Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabeni qəbul edib.

Təhsil nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sentyabrın 4-də keçirilən görüş zamanı Azərbaycanla Yaponiya arasında təhsil sahəsində birgə layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Təhsil naziri birgə layihələrin həyata keçirilməsində, xüsusilə də Şəki şəhəri 1 nömrəli peşə məktəbinin əsaslı təmiri, maddi-texniki bazasının yenilənməsi işində Yaponiyanın maliyyə yardımını və müvafiq mütəxəssislərinin dəstəyini yüksək qiymətləndirib.

Görüşdə, həmçinin ölkələrimiz arasında təhsil sahəsindəki əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az