Prezidentliyə namizədlərin efir vaxtı üçün püşkatma keçiriləcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib ki, prezidentliyə namizədliyi qeydə alınanların pulsuz efir vaxtı ilə təmin olunması üçün püşkatma keçiriləcək.

Trend-in məlumatına görə, sentyabrın 16-da MSK-da keçiriləcək püşkatmanın nəticəsinə əsasən, namizədliyi qeydə alınanlar üçün pulsuz efir vaxtı ayrılacaq.

Efir vaxtı İctimai Televiziya və Radio Verilişləri Şirkəti (İTV) tərəfindən həyata keçiriləcək.

AzNews.az