- Köhnə - Cəmiyyət
- 12 Sentyabr 2013 16:39
- 13 260
Quşçuluq fabriklərində qaraqurd dəhşəti - SOS
A.Maqsudovun sözlərinə görə, bu barədə xəstəxana rəhbərliyinə məlumat verilib: "Biz bütün bu müraciətləri qeydiyyata alıb rəhbərliyə məlumat veririk. Əlaqədar qurumlar bununla bağlı araşdırma apararaq əlaqəni müəyyən etməlidir".
Şöbə müdirinin sözlərinə görə, təkcə bu ayın ilk ongünlüyündə qaraqurd sancması ilə bağlı 3 müraciət daxil olub. Ümumilikdə isə mövsümün başladığı 4 ay ərzində qaraqurd sancmaları ilə bağlı xəstəxanaya 20 müraciət daxil olub: "Əvvəlki illərdə də quşçuluq fabriklərində qaraqurd sancmaları ilə bağlı müraciət daxil olmuşdu. Buna görə də biz bu əlaqənin ortaya çıxarılmasında maraqlıyıq".
Qeyd edək ki, qaraqurd hörümçəyi qabıqlı böcək cinsindən olub, bəzi yerlərdə "dozanqurdu" adlandırılır. Vətəni Orta Asiya olan qara rəngli qaraqurd hörümçəyi zəhərlidir. İlkin tibbi yardım vaxtnda və keyfiyyətli göstərilməsidiyi halda qaraqurd sancması öldürücü olur.
Elnarə
AzNews.az