- Dünyanın halı
- 13:56
- 942
Hindistanda xəstəxanada baş verən yanğın nəticəsində ən azı 10 nəfər ölüb
Hindistanın Odişa ştatında xəstəxanada baş verən yanğında ən azı 10 nəfər ölüb.
"US News & World Report" qəzeti bu barədə məlumat yayıb.
"Hindistanın şərqindəki Odişa ştatında bir xəstəxananın travma şöbəsində bazar ertəsi günü baş verən yanğında ən azı 10 nəfər həlak olub", - deyə məlumatda bildirilir.
İlkin məlumatlara görə, səbəb qısaqapanma olub. Ştat qubernatoru Mohan Çaran Majhi reanimasiya şöbəsində 23 xəstənin olduğunu, onlardan 10-unun öldüyünü bildirib. O, həmçinin əlavə edib ki, tibb işçiləri xəstələri xilas edərkən xəsarət alıblar.
Mövsüm,
AzNews.az