İlham Əliyev Qubada

Dövlət başçısı “Soyqırımı memorial kompleksi”nin açılışında iştirak edib




Azərbaycan prezidenti İlham Əliyev Quba rayonuna səfəri başlayıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, dövlət başçısı "Soyqırımı memorial kompleksi"nin açılışında iştirak edib. Prezident İ. Əliyevə kompleksdə görülən işlər barəsində ətraflı məlumat verilib.

Qeyd edək ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində meydana gələn Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilərin azərbaycanlılarla yanaşı, amansızcasına qətlə yetirdikləri arasında ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də var.

AzNews.az