Nemət Pənahlının səhhəti ağırdır


Milli Azadlıq Hərəkatının öncüllərindən olmuş, hazırda isə Qobustandakı qapalı həbsxanada saxlanılan Nemət Pənahlının səhhətində irəliləyiş yoxdur. Bu barədə "Azadlıq"a məlumat verən Həcər Pənahlı bildirib ki, həyat yoldaşının durumunun yaxşılaşması üçün heç bir addım atılmır:

"Nemətin əziyyət çəkdiyi xəstəliklər həmişəki həddədir. Onun qapalı şəraitdə saxlanılması da səhhətinə mənfi təsir edir. Nemət həkim müayinəsindən keçirilmir. Ümumi vəziyyəti yaxşı deyil. Mən Nemətin durumu barədə, səhhəti və saxlanma şəraitilə bağlı Azərbaycanın bütün müvafiq dövlət orqanlarına müraciət etmişəm. Amma bu müraciətlərin heç bir nəticəsi olmadı".

AzNews.az