İlham Əliyev daha iki sərəncam imzaladı

Dövlət başçısı İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir ki, Naftalan şəhərində Naftalan Şəhər Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq bir milyon manat ayrılsın.

Prezidentin digər sərəncamına əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Naftalan-Qaşaltı Qaraqoyunlu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin bir milyon manatı Naftalan Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

AzNews.az