Arif Babayev: “İlham Əliyevə səs verəcəyik”

"Uğurlarımız, cənab İlham Əliyevin son on ildə gördüyü işlər onun alternativsiz namizəd olduğunu təsdiqləyir. Uğurlarımızdan böyük qürur hissi keçiririk. Seçkilərdə də bu inkişafa dəstək olmaq üçün cənab İlham Əliyevə səs verəcəyik".


"Qafqazinfo" xəbər verir ki, bunu yap.org.az saytına müsahibəsində xalq artisti Arif Babayev deyib. O, bildirib ki, inkişafa, tərəqqiyə, firavan həyata səs vermək gərəkdir: "İlham Əliyev biri-birindən əhəmiyyətli addımları ilə Azərbaycanı zirvələrə yüksəltdi. Müstəqil Azərbaycanımızın bayrağı uğurlarımızın təsdiqi olaraq daim yüksəkliklərdə dalğalanır. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də tezliklə ədalətli həllini tapacaq, bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. O gün uzaqda deyil.
Son on ilin uğurları cənab İlham Əliyevin qələbəsini şəksiz edir. Xalqımız cənab İlham Əliyevi dəstəkləyir, onun ətrafında sıx birləşərək gələcəyə inamla irəliləyir. İlham Əliyevə səs verməklə Azərbaycanın işıqlı gələcəyinə səs vermiş olarıq. Xalqını, dövlətini sevən, hər an ölkəsinin gələcəyi haqqında düşünən liderə xalqın sevgisi böyükdür. Azərbaycanı qarşıda hələ daha böyük uğurlar gözləyir. Məqsəd uğurlara yol açan əsas amildir. Qarşıda on il üçün əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Bugunkü uğurlarımız bu məqsədə də yüksək səviyyədə çatacağımıza əsas verir. Azərbaycan xalqı cənab İlham Əliyevlə fəxr edir. Azərbaycanı işıqlı yola çıxaran Heydər Əliyev siyasəti uğurla davam edir. Azərbaycanın daha da qüdrətlənməsinə dəstək olaq".