Bakıda güclü şimal küləyi əsəcək

Sabah paytaxt Bakıda güclü şimal küləyi əsəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, sentyabrın 26-da paytaxt Bakıda hava dəyişkən buludlu olacaq, axşam arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bakıda güclü qərb, şimal-qərb küləyi əsəcək, lakin axşam mülayimləşəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 17-19, gündüz 19-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sentyabrın 26-da hava əsasən yağmursuz olacaq, arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.

AzNews.az