- Köhnə - Cəmiyyət
- 25 Sentyabr 2013 11:16
- 2 021
Nazirlik avtoqəza ilə bağlı məlumat yaydı
AzNews.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nərimanov rayonu Azadlıq prospektində Bakı şəhər sakini Fuad Mehdiyev idarə etdiyi "VAZ-21144" markalı avtomaşını yolun kənarındakı ağaca vurub. Nəticədə F.Mehdiyevin sərnişinlərindən 20-25 yaşlı kişi hadisə yerində ölüb, özü və digər sərnişini, 20-25 yaşlı kişi isə xəstəxanaya yerləşdirilib. Həmin şəxs xəstəxanada ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
AzNews.az