Səfər Əbiyev İtaliya və Böyük Britaniya səfirlərini qəbul etdi

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev sentyabrın 25-də İtaliya Respublikasının və Böyük Britaniya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Campaolo Kutillonu və İrfan Siddiqi qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir hərbi əməkdaşlığın dərinləşdirilməsi və hərbi təhsil sahəsində əldə edilmiş razılaşmaların inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda mövcud gərgin hərbi-siyasi vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

Görüşlərdə İtaliya və Böyük Britaniyanın Azərbaycandakı hərbi attaşeləri də iştirak edib.

AzNews.az
image description image description