- Köhnə - Cəmiyyət
- 27 Sentyabr 2013 14:34
- 2 199
Ekspertiza nəticələri açıqlandı: Gəlini qayınatası zorlamayıb
G. İbrahimovanın bəkarətini xeyli vaxt əvvəl itirməsi və bədənində hər hansı zorakılıq əlamətlərinin qalmaması isə işi daha dolaşıq edib.
Göyçay rayon prokurorunun böyük köməkçisi Ramiz Yusifov Lent.az-a bildirib ki, məsələ ilə bağlı araşdırmalar davam etdirilir və iş nəzarətdədir.
Qeyd edək ki, ekspertizanı Göyçaydan və Ağdaş rayonundan olan həkim-ekspertlər birgə keçiriblər və qadının bədənindən yaxmalar götürülüb. Nümunələr bioloji və digər laboratoriyalarda baxılması üçün Bakıya göndərilib.
27 yaşlı Gülxanım İbrahimovanın qayınatası Rauf İbrahimov tərəfindən cinsi zorakılığa məruz qalması iddiası ilə rayon polis şöbəsinə daha əvvəl müraciət daxil olub. Lakin həmin vaxt məsələ təhqiqat müstəvisində qalıb.
Onu da qeyd edək ki, 5 il əvvəl Qaraxıdır kəndində yaşayan Rəşid İbrahimovla el adəti üzrə ailə həyatı quran gənc qız bir müddət əvvəl qayınatası tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edir. Qadın bildirib ki, həyat yoldaşından övladı olmadığı üçün qayınatası "bu işi öhdəsinə götürüb" və zorla gəlini ilə cinsi əlaqədə olub. Gəlinin qayınanası da hadisədən agah olsa da, baş verənləri gizlətməyə çalışıb.
AzNews.az