“Caspian Money Transfer” pul köçürmə sistemindən daha bir yenilik

"Caspian Money Transfer" pul köçürmə sistemi və "MilliKart" MMC prosessinq mərkəzilə inteqrasiyasını uğurla yekunlaşdırıb. Bu inteqrasiya nəticəsində "Caspian Money Transfer" pul köçürmə sistemi vasitəsilə xarici ölkələrdən Azərbaycana köçürülən pulları plastik kart sahiblərinin hesablarına yönəldiləcək. Müştərilər banka getmədən ona köçürülən məbləği plastik kartdan istifadə edə bilər. Bu xidməti hələ ki "Zaminbank"ın plastik kart sahibləri istifadə edə biləcəklər.
Xatırladaq ki, "Caspian Money Transfer" pul köçürmə sistemi 2006-ci ildə "Zaminbank" tərəfindən yaradılıb və dünyanın istənilən ölkəsinə pul köçürmək imkanına malikdir.

AzNews.az