- Pullu iş
- 1 Avqust 21:28
- 1 871
Premium seqmentdə yeni şəhər kodu: "Avenue 8" layihəsi Bakı urbanizasiyasına nə vəd edir? - ŞƏRH

Bakı şəhərinin memarlıq panoramasına yeni dinamika və estetik istiqamət gətirəcək “Avenue 8” premium yaşayış layihəsinin ictimaiyyətə təqdimatı iyulun 22-də JW Marriott otelində keçirildi. Layihə “Avant Group” və “Moonwake Investment” tərəfindən icra olunur, maliyyə tərəfdaşı isə “PAŞA Bank”dır. Bakı buxtasına açılan panoramik mənzərəsi, “Port Baku Walk” və Zəfər Parkı ilə əhatəliliyi bu layihəni yalnız yaşayış məkanı deyil, eyni zamanda şəhərin urban simvollarından birinə çevirməyə namizəd edir. Təqdimat zamanı layihənin texniki, estetik və funksional üstünlükləri təqdim olundu, həmçinin tərəfdaşlar arasında strateji əməkdaşlığı rəsmiləşdirən anlaşma memorandumu imzalandı.
Aznews.az şərh edir ki, “Avenue 8” layihəsi paytaxt Bakının daşınmaz əmlak sektorunda son dövrlərdə müşahidə olunan yüksək seqmentli şəhərsalma trendləri ilə üst-üstə düşür. 144 metrlik hündürlüyə malik bu kompleks yalnız bina memarlığı baxımından deyil, təqdim etdiyi yaşayış konsepsiyası ilə də fərqlənməyə çalışır. Şirkət nümayəndələrinin vurğuladığı kimi, 4.5 metrlik tavan hündürlüyü, tam şüşəli fasadlar, zərif lobbilər, co-working zonaları və 30-cu mərtəbədə yerləşən “Sky Lounge” konsepti Bakının premium daşınmaz əmlak bazarında yeni standartların formalaşmasına xidmət edir.
Məlumatlara əsasən, “Avant Group” bu günə qədər 1.1 milyon kvadratmetr tikinti portfeli ilə regional bazarda artıq etibarlı oyunçu statusunu qazanıb. Gürcüstan və Özbəkistan kimi qonşu ölkələrdə də fəallıq göstərməsi, onun sərmayə cəlbediciliyi və layihə idarəetməsi sahəsində yığdığı təcrübənin miqyasını genişləndirir. Belə fonda, “Avenue 8” layihəsinin Bakı kimi intensiv urban inkişaf mərhələsində olan şəhərdə reallaşdırılması lokal bazar üçün həm texniki, həm də sosial baxımdan önəmli nəticələr vəd edir.
Şəhər mərkəzində 5000 kvadratmetrlik yaşıllıq və ictimai park zonası salınması şəhərsalma baxımından diqqətçəkən nüansdır. Bu cür elementlər təkcə mənzillərin funksionallığını artırmır, həm də şəhər içi ekosistemə müsbət təsir göstərməklə sakinlərin həyat keyfiyyətini yüksəltməyə yönəlmiş addımlar kimi qiymətləndirilə bilər. Bu mənada, layihənin ekoloji, sosial və estetik balansı qorumağa çalışan inteqrativ yanaşması müasir urbanizmin əsas tələbləri ilə uzlaşır.
Digər diqqətəlayiq məqam, layihəyə maliyyə dəstəyi verən “PAŞA Bank”ın tərəfdaşlıq formatında iştirakı və təqdimat zamanı imzalanan Anlaşma Memorandumudur. Bu əməkdaşlıq yalnız konkret layihənin maliyyələşdirilməsi ilə məhdudlaşmır, həm də daşınmaz əmlak və maliyyə sektorları arasında strateji sinerji nümunəsi kimi çıxış edir. Bank sektorunun belə irimiqyaslı urban layihələrə tərəfdaşlıq modeli ilə qoşulması, qeyri-neft sektorunun, xüsusilə də tikinti və daşınmaz əmlak sahəsinin strukturlaşmasında mühüm rol oynaya bilər.
Belə layihələrin artması və dayanıqlı investor-partnyor formatında reallaşdırılması Azərbaycanın şəhərsalma vizyonuna və iqtisadi inkişaf strategiyasına uyğun addımlar kimi dəyərləndirilə bilər. Premium seqmentdə reallaşan bu layihənin uğuru, həmçinin bazarın digər seqmentlərinə də dolayı təsirlər göstərə, ümumilikdə inşaat sektorunda keyfiyyət və xidmət standartlarını yuxarı səviyyəyə daşıya bilər.
Nuray,
Aznews.az