Ziya Məmmədovla görüşmək istəyənlərin nəzərinə

Nəqliyyat naziri Ziya Məmmədov vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə oktyabrın 4-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.

Saat 12:00-da Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə, Naftalan, Mingəçevir şəhərləri, Goranboy, Göygöl, Samux, Ağdam, Yevlax, Bərdə, Tərtər, Kəlbəcər rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilər.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı oktyabrın 2-də saat 09:00-dan 18:00-dək şəhər və rayonların müvafiq qurumlarında (yol istismarı idarələrində) aparılacaq.

AzNews.az