Əməkdar artistin oğlunun toyundan yeni xəbər - ÖZƏL

Bu gün Əməkdar artist, Opera və Balet Teatrının solisti Gülüstan Əliyevanın oğlunun toy mərasimidir. Bu barədə AzNews.az-a məlumat verən sənətkarın sözlərinə görə, toy "Platin" restoranında baş tutacaq: "Mətbuatın "gizli toy" dediyi əslində qız toyu idi. Bu gün isə oğlan toyudur. Əhatəmdə olan bütün sənət adamları toya dəvətlidir".

Xatırladaq ki, mətbuatda xanəndə Gülüstan Əliyevanın sentyabrın 27-də oğluna toy etdiyi və toya sənət yoldaşlarından çox az adamın qatıldığı barədə məlumat verilib.

Məlumatlara görə, toyu müğənni Elton Hüseynəliyev və Aşıq Samirə idarə edib.

Bahar Rüstəmli
AzNews.az