- Köhnə - Cəmiyyət
- 4 Oktyabr 2013 17:19
- 7 872
Prezident idmançılar haqqında sərəncam imzaladı

"Qafqazinfo" xəbər verir ki, sərəncama görə, İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
1. birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
2. ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
3. üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.
AzNews.az