Jurnalistlərin təhlükəsizliyi beynəlxalq konfransda müzakirə edilib

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Avropa Birliyinin Şərq tərəfdaşlıq proqramına daxil olan ölkələrdə jurnalist təhlükəsizliyi" mövzusunda beynəlxalq konfransa qatılıb.

04-06 oktyabrda, Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən konfransda Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistandan jurnalist təşkilatlarının rəhbərləri təmsil olunub.

Beynəlxalq Jurnalistlər Federasiyasının koordinatorluğu ilə keçirilən konfrans zamanı qeyd edilən ölkələrdə jurnalistlərin təhlükəsizlik durumu, təhlükəsizliyin təmin edilməsi üçün həyata keçirilən proqramlar müzakirə edilib.

Konfransda noyabrın 23-də qlobal səviyyədə qeyd ediləcək "Jurnalistikada cəzasıqlığa qarşı gün" kampaniyasına hazırlıq məsələləri də müzakirə edilib. Kampaniyanın uğurlu alınması üçün ayrı-ayrı ölkələrin jurnalist təşkilatlarının təklif və rəyləri qeydə alınıb.

JuHİ sədri Azərbaycanda jurnalist təhlükəsizliyinin təmin edilməsi yönündə görülən işlər barədə məruzə edərək jurnalist təşkilatlarının fəaliyyəti, özünü-tənzimləmə mexanizminin effektivliyindən danışıb.

Elnur
AzNews.az