- Redaktor masası
- 21:27
- 2 001
"Washington Post" Güney Azərbaycan faktorundan yazdı
"Washington Post" qəzetində İranın gələcəyində Şimal və Cənubi Azərbaycanın önəmi haqqında xüsusi məqalə dərc edilib.
Hudson İnstitunun Yaxın şərq üzrə sülh və təhlükəsizlik mərkəzinin direktoru Maykl Doran "Washington Post" qəzetində məqalə dərc edərək qeyd edib ki, farslar Tehran və İsfahan ətrafındakı mərkəzi yaylada say baxımından üstünlük təşkil edir. Digər etnik qruplar isə ölkənin sərhədləri boyunca – daha dəqiq desək, sərhəddin hər iki tərəfində – özlərinə dil, tarix və mədəni baxımdan yaxın olan xalqlarla qonşuluqda yaşayırlar.
Azərbaycanlılar şimal-qərbdə Azərbaycan və Türkiyə sərhəddi boyunca yaşayırlar, qərbdəki kürdlər İraq və Türkiyənin kürdlər yaşayan bölgələri ilə sərhəddədirlər, ərəblər neftlə zəngin cənub-qərbdə İraq sərhəddindədirlər, cənub-şərqdəki bəluclar Pakistan və Əfqanıstandakı soydaşları ilə yaxındırlar, şimaldakı türkmənlər isə Türkmənistan sərhəddində yaşayırlar.
Güney Azərbaycan faktoru
İranın qonşu dövlətləri öz müxtəlifliyini necə idarə etməsi və ya idarə edə bilməməsi birbaşa maraqlandırır. Özəlliklə bir qonşu var ki, digərlərindən daha vacibdir, bu Azərbaycandır. İranda yaşayan etnik Azərbaycanlı [Türklərin] sayı Azərbaycan Respublikasında yaşayanlardan çoxdur. İran dövlətinin araşdırmasına görə, ölkədə əhalinin təxminən 23 faizini azərbaycanlılar təşkil edir (əsl rəqəm daha yüksək ola bilər) və üstəlik onlar Azərbaycan Respublikası ilə sərhəddə yaşayırlar. Azərbaycanlılar İranda digər azlıq qruplarından daha yaxşı inteqrasiya olunsalar da, narahatlıq əlamətləri artır. Onlar getdikcə Türkiyə və Azərbaycan mediasını izləyir, Türk-Azərbaycan kimliyinə daha çox maraq göstərir və öz dillərində təhsil tələb edirlər. Bunun səbəbini anlamaq çətin deyil. Türkiyə və Azərbaycan Avropa səviyyəsində inkişafdan zövq aldığı bir vaxtda, İslam Respublikası iqtisadi uğursuzluq və təcrid şəraitindədir.
Quzey Azərbaycanın önəmi
"İran sonuncu dəfə 1979-cu il inqilabı zamanı özünü yenidən formalaşdırdığı zaman, Azərbaycan Sovet İttifaqının daxilində qapalı qalmışdı. Müstəqillikdən sonra Azərbaycan zəif qalmış, Ermənistanla müharibəyə başı qarışmış və İranın daxili balansına böyük ölçüdə təsir göstərə bilməmişdi. Artıq belə deyil. Bu gün Azərbaycan NATO standartlı ordusu, Türkiyə ilə dərin əlaqələri və İsraillə sıx təhlükəsizlik tərəfdaşlığı olan yüksələn bölgəsəl gücdür. İranda şiddətli daxili münaqişə baş verərsə Azərbaycan, ehtimal ki, Türkiyənin dəstəyi ilə, soydaşlarını qorumaq üçün müdaxilə etmək məcburiyyətində qala bilər."
Bundan başqa yazıda Azərbaycanlıların İranın gələcəyi ilə bağlı narahatlıqlarına da toxunulub.
"Son həftələrdə Azərbaycanlılar dəfələrlə mənə onları narahat edən bir ssenaridən danışıblar. Bu ssenariyə görə Əli Xamenei devrilsə də sistem devrilmir. İslam İnqilabı Keşikçiləri Korpusu sağ qalır, dini kimliyini atır və yenidən fars millətçi diktaturasının icraçıları kimi ortaya çıxır."
Müəllif burada rejimin rəng dəyişdirərək öz hakimiyyətini davam etdirməsinə dair Azərbaycanlıların narahatlıqlarını diqqətə çatdırıb.
İranın gələcəyində İlham Əliyevlə məsləhətləşmənin vacibliyi
Maykl Doran Amerikanın siyasət qurucularının İranın gələcəyi ilə bağlı plan qurarkən bölgə ölkələri, xüsusilə Azərbaycan prezidenti İlham Əliyevlə məsləhətləşməli olduğunu xüsusi qeyd edərək yazıb ‘"Vaşinqton İrandakı bütün etnik qruplarla geniş şəkildə məsləhətləşməlidir. həmçinin, qarşıdan gələn böhranın nəticələri ilə üzləşəcək qonşu ölkələrin liderləri, xüsusən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə məslətələşməlidir"
Hakan Türkel