“Böyük İpək Yolu” memorandum imzaladı

Oktyabrın 8-də Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı ilə əməkdaşlıq sahəsində memorandum imzalanıb.


İmzalama mərasiminə Böyük İpək Yolu təşkilatının sədri Beynəlxalq Gənclər Təşkilatının sədri Milli Məclisin deputatı Fuad Muradov QUAM təşkilatının baş katibi Valeri Çeçalaşvili iştirak edib.

Memorandumun imzalanması barədə razılıq 2013-cü ilin martında Böyük İpək Yolu Beynəlxalq Gənclər Təşkilatının sədri Fuad Muradovun QUAM Demokratiya və iqtisadi inkişaf naminə Təşkilatının baş kahibi Valeri Çeçalaşvili ilə görüş zamanı əldə olunub. Tərəflər turizm, idman, təhsil və digər sahələrdə əməkdaşlıq barədə razılıq əldə ediblər. Bundan əlavə, ilin sonuna kimi Böyük İpək Yolu Beynəlxalq Gənclər Təşkilatı QUAM-la birlikdə ilk tədbir həyata keçirəcək. Onlardan biri BMT-nin Sivilizasiyalar arasında dialoq Alyansının keçirəcəyi tədbirdir. Tədbirə 20-dən çox təşkilatın iştirakı nəzərdə tutulur. İkinci tədbir İstanbulda keçiriləcək.

AzNews.az