ATƏT-in müşahidəçiləri Masallıda oldu

Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Masallı rayonuna səfər edən beynəlxalq müşahidəçilər seçki prosesini izləyib.

AzNews.az-ın bölgə üzrə müxbiri xəbər verir ki, ATƏT-in Çexiyadan olan nümayəndələri Zeman Robert, Rusiyadan Axtarayev Timur və Drukin Mitri, Almaniyadan Rocky Helmud, Böyük Britaniyadan Adam Bruk və Çaver Evans rayondakı 70 və 71 saylı seçki dairələrində müşahidə aparıb. Bu gün səhər saatlarında həmin seçki dairələrini MDB ölkələrini təmsil edən müşahidə qrupunun Qazaxıstandan olan nümayəndələri də ziyarət edib.

Kuttımurat-Ulı Əlimuhamməd, Aman-Turlina Tamara Uteqenovna və Ernar Baspayev rayondakı seçki məntəqələrində müşahidələr apardıqlarını və seçki prosesində hər hansı qanun pozuntusu aşkarlamadıqlarını bildiriblər.

Azər
AzNews.az