- Köhnə - Cəmiyyət
- 9 Oktyabr 2013 11:01
- 3 904
“Öz ölkəmdə də bu səviyyədə seçkilərin keçirilməsini arzulardım”
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında beynəlxalq müşahidəçi, Qayana parlamentinin spikeri Rafael Trotman bildirib.
Onun sözlərinə görə, açılışdan əvvəl himnin oxunması bu prosesə necə ciddi yanaşıldığını göstərir: "Mən öz ölkəmdə də bu səviyyədə seçkilərin keçirilməsini arzulardım".
R.Trotman səhər saatlarında seçki məntəqələrində olduğunu söyləyib: "Təşkilati vəziyyətdən yüksək dərəcədə təsirlənmişəm. İnsanlar həvəslidir, məntəqələrdə çoxsaylı insanlar müşahidə olunur. Çox aktiv və davamlı səsvermə prosesi gedir. İşçilərin peşəkarlığı hiss edilir. Əvvəllər başqa ölkələrin də seçki proseslərində iştirak etmişəm. Onu deyə bilərəm ki, burada keçirilən seçkilər bütün normalara uyğun şəkildə aparılır".
AzNews.az