ABŞ-da Azərbaycan vətəndaşları səs verməyə başladı

9 oktyabr - Azərbaycan Prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar olaraq, Azərbaycanın ABŞ-dakı səfirliyində Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq yaradılmış 15 saylı Yasamal birinci seçki dairəsi üzrə 38 saylı seçki məntəqəsi yerli vaxtla saat 08:00-dan etibarən qapılarını seçicilərin üzünə açıb.

Artıq ilk seçicilər öz konstitusion hüquqlarından istifadə edərək, səsvermə prosesində iştirak edib.

AzNews.az