ATƏT-in müşahidə missiyasının rəhbəri: “Seçkilərin nəticələrini tanıyırıq”

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyası Azərbaycandakı seçkilərin nəticələrini tanıyır.
Başqa cür ola da bilməz, çünki bu, ölkənin suverenliyinə müdaxilə olardı".


APA-nın xəbərinə görə, bunu ATƏT-in qısamüddətli missiyasının rəhbəri Mişel Vuazen jurnalistlərin suallarına cavabında deyib. O bildirib ki, Azərbaycanda bir çox "exit-poll" keçirilib və onların hamısı demək olar ki, eyni nəticəni göstərib, ona görə də müşahidəçilərin bir sıra məntəqələrdə səslərin sayılması zamanı qeydə aldıqları pozuntulara baxmayaraq, nəticələr arasındakı fərq 4 faizdən çox ola bilməz. M. Vuazenin sözlərinə görə, bu, siyasi yox, texniki qeyddir.

Xatırladaq ki, ATƏT-in müşahidə missiyasının bəyanatında məntəqələrin 11%-də səsvermə zamanı pozuntular müşahidə olunduğu bildirilib.

AzNews.az