Doğuş zamanı ölən müfəttişlə bağlı Rəsmi açıqlama

Səhiyyə Nazirliyi bir neçə gün öncə Leyla Şıxlinskaya klinikasında doğuş zamanı baş vermiş ana ölümünə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Lent.az-a açıqlamasında bildirib ki, bununla bağlı Səhiyyə Nazirliyinə şikayət daxil olmayıb : "Əgər müraciət daxil olarsa, məsələ ilə bağlı Doğuşa Yardım Komissiyası tərəfindən araşdırmalar aparılacaq".

Qeyd edək ki, Bakıda Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin vergi müfəttişi işləyən 33 yaşlı Vüsalə Əmirullayeva doğuş zamanı dünyasını dəyişib. Leyla Şıxlinskaya klinikasında əkiz uşaq dünyaya gətirən qadının həyatını xilas etmək mümkün olmayıb. Körpələrin vəziyyətinin normal olduğu bildirilir.


AzNews.az