Qırğızıstan prezidenti İlham Əliyevi təbrik etdi

"Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə qazandığınız dəstək Azərbaycan xalqının Sizə böyük etimadının və ölkə qarşısında xidmətlərinizin yüksək qiymətləndirilməsinin ifadəsidir".

Bu fikirlər Qırğızıstan prezidenti Almazbek Atambayev yenidən Azərbaycan prezidenti vəzifəsinə seçilməsi münasibətilə İlham Əliyevə göndərdiyi təbrik məktubunda yer alıb.

Qırğızıstan prezidenti əmin olduğunu bildirib ki, İlham Əıiyevin yenidən prezident seçilməsi iki ölkə arasındakı dostluq əlaqələri gələcəkdə daha da möhkəmlənəcək: " Sizə cansağlığı və dost Azərbaycan xalqının rifahına və çiçəklənməsinə yönəlmiş dövlət fəaliyyətində uğurlar arzu edirəm".

Elnur
AzNews.az