Rusiya prezidenti Vahid Ələkbərovla görüşdü

Rusiya dövlət başçısı Vladimir Putin "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərovla görüşüb.

Azərbaycanlı iş adamı Vladimir Putini şirkətin Rusiya, eləcə də xaricdəki fəaliyyəti ilə bağlı məlumatlandırıb.

Görüşdə yeni neft yataqları, həmçinin təbii resursların hasilatı ilə bağlı kadrların hazırlanması məsələsi müzakirə edilib.(qafqazinfo)

AzNews.az