- Köhnə - Cəmiyyət
- 14 Oktyabr 2013 15:29
- 3 193
MSK sədri baş verən anlaşılmazlıqla bağlı açıqlama verdi
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən verilən məlumata görə, bunu MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, bu hal baş verdikdən dərhal sonra iş icraçısı olan şirkət sınaq məqsədi ilə atdığı addım zamanı yol verdiyi səhvlərə görə üzrxahlığını ifadə edib və MSK bununla bağlı bəyanat verib: "Bu halın baş verməsinin səbəbinin müəyyənləşməsi istiqamətində aparılan araşdırma sona qədər davam etdiriləcək və nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, oktyabrın 8-də sosial şəbəkələrdə "Happy Baku" MMC-nin MSK-nın rəsmi saytında yerləşdirilmiş məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi məqsədilə hazırladığı proqram yayılıb. Proqramda bir dairə üzrə seçkilərlə bağlı nəticələr əksini tapıb.
MSK bununla bağlı açıqlamasında bunu icraçı şirkətin proqramı sınaqdan keçirməsi ilə əlaqələndirib.
Açıqlamada bildirilib ki, proqramın dəqiq, keyfiyyətli və təyinatı üzrə istifadəsini təmin etmək məqsədilə şirkət tərəfindən 8 oktyabr 2013-cü ildə müəyyən müddət ərzində 1 seçki dairəsi üzrə (58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi) aralıq testlər keçirilib və proqramın testdən keçirilməsi barədə istifadəçilərə məlumat vermək unudulub: ""Apple" şirkəti tərəfindən təsdiq edildiyindən, proqram modulunda 9 oktyabra təyin edilən prezident seçkilərində iştirak edən real namizədlərin adlarından, habelə testin dolğunluğunu təmin etmək məqsədilə əvvəlki seçkilərə aid olan statistik məlumatlardan və builki prezident seçkiləri ərəfəsində keçirilmiş müxtəlif rəy sorğularının ümumiləşdirilmiş nəticələrindən istifadə edilib. Bu isə istifadəçilər tərəfindən haqlı olaraq birmənalı qəbul edilməyib və seçkilərin imicinə kölgə salmaq niyyətində olan şəxslərə əlavə "arqument" verib".
"Happy Baku" isə şirkəti baş verənlərdən dərin təəssüf hissi keçirdiyini, həmin vaxt proqrama yerləşdirilmiş məlumatların builki seçkilərə heç bir aidiyyətinin olmadığını və yalnız sistemin yoxlanması üçün istifadə olunmuş şərti məlumatlar olduğunu xüsusi vurğulayıb.
AzNews.az