Sertifikatsız dərman satışı aşkarlandı

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) Abşeron rayonunda fəaliyyət göstərən 13 aptekə baxış keçirib. DVAEM-dən verilən məlumata görə, yoxlamalar zamanı bütün apteklərdə yararlılıq haqqında heç bir analiz protokolu olmayan (sertifikatsız) dərmanlar aşkarlanıb. Apteklərin ikisində "Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə tələblərə" cavab vermədiyi üzə çıxıb. Yoxlamalar aparılan 13 aptekdə ümumilikdə 372 qutu yararlılıq haqqında analiz protokolu olmayan dərman müsadirə edilib.

Sevinc

AzNews.az