Cəmil Quliyevin yerinə təyinat: İTV rəhbəri barədə ilginc faktlar – Özəl

Dövlət Film Fondunun sabiq direktoru, hazırda isə İTV-nin direktoru Cəmil Quliyevin yerinə yeni rəhbər təyin olunub. Bu məlumat AzNews.az-a Dövlət Film Fondundan verilib. Məlumata əsasən Cəmil Quliyevi fondda Rasim Salmanov əvəz edib.

Məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov təsdiqləyib. Onun sözlərinə görə, Fonda rəhbərlik etmiş Cəmil Quliyev İTV-yə baş direktor təyin edildiyindən, o, Fonddakı vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, R.Salmanov əvvəl C.Quliyevin müavini işləyib. Ancaq məsələ burasındadır ki, İTV-yə direktor gələn Cəmil Quliyev köhnə iş yerinə nəzarəti də həyata keçirir. O, hər axşam bir neçə saatını Dövlət Film Fondunda keçirir və işlərin gedişinə birbaşa nəzarəti əlində cəmləşdirir. Məlumatı Film Fondundan da təsdiqləyiblər. Fonddan AzNews.az-a bildirilib ki, C.Quliyevin quruma gəlib-getməsi təbiidir: "Cəmil Quliyev Fondda direktor müavini postunu tutur. Buna görə də onun Fonda gəlməsi təbiidir".

Ancaq nədənsə İTV-nin rəsmi saytında yer alan baş direktorun tərcümeyi-halında Dövlət Film Fondundakı hazırkı vəzifəsi barədə heç bir qeydə rast gəlinmir. Sadəcə xatırlanır ki, C.Quliyev 2006-cı ildən 2013-cü ilə qədər Azərbaycan Dövlət Film Fondunun direktoru olub.

Bahar
AzNews.az