Azərbaycanda yeni sayt fəaliyyətə başladı – Axar.az

Bu gün Azərbaycanda mətbuat orqanları sırasında daha biri əlavə olunub.

İnternet portalları arasında öz dəsti-xətti ilə seçilməyi qarşısına məqsəd qoyan Axar.az saytı fəaliyyətə başlayıb.

Sayt müxtəlif bölmələr üzrə oxuculara maraqlı məlumatlar, müsahibə və araşdırmalar, analitik təhlillər, layihələr təqdim etməyə iddialıdır.

Bundan başqa, Axar.az-da oxucular müxtəlif sahələrə dair ən son xəbərlərlə tanış olmaq imkanı qazanacaq.

Qeyd edək ki, saytın baş redaktoru Anar Niftəliyev, redaktoru Pərviz Cəbrayıldır.

Həmkarlarımıza uğurlar arzulayırıq!

Elnur
AzNews.az