- Köhnə - Cəmiyyət
- 20 Oktyabr 2013 20:20
- 23 346
“Azpetrol” Rafiq Əliyevə qaytarıldı
"Axar.az"ın əldə etdiyi məlumata görə, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin şirkətdə olan payları bərpa edilib. Yada salaq ki, "Bank of Baku"nun səhmdarlarından olan R.Əliyevin həbsindən sonra bankın digər səhmdarları gəlir dividentlərindən məhrum olmuşdular. R.Əliyevin azadlığa çıxması ilə gəlir dividentləri də aktivləşib.
Xatırladaq ki, "Bank of Baku"nun 11,22 faiz səhmi Rafiq Əliyevə məxsusdur. Bankın digər səhmdarları isə bunlardır: NAB Holding (40%), "Azpetrol" Neft Şirkəti LLC (28,89%), E.İsayev (10%) və "Azinvest" LLC (9, 98%).