Natiq Əliyev Kanada səfiri və Fransanın keçmiş nazirini qəbul etdi

Azərbaycanın sənaye və energetika nazirinin vəzifəsini icra edən Natiq Əliyev Fransanın immiqrasiya və inteqrasiya üzrə keçmiş naziri Erik Bessonla görüşüb.

Nazirliyin mətbuat katibi Azər Mənsimlinin verilən məlumata görə, görüşdə iki ölkə arasında sənaye, energetika, neft, qaz sahələrdə əməkdaşlıq, alternativ energetika sahəsində layihələr, Azərbaycanın bitum yataqlarının işlənməsi və sair məsələlər müzakirə olunub. Görüşdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də iştirak edib.

N.Əliyev Kanadanın Türkiyədə Azərbaycan, Gürcüstan və Türkmənistanda akkreditə olunmuş səfiri Cohan Vulmerlə də görüşüb. Görüşdə iki ölkə arasında neft, energetika və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. N.Əliyev təklif edib ki, iki ölkə arasında müvafiq energetika qurumları arasında əməkdaşlıq memorandumu imzalansın.

AzNews.az