Hüseyn Bağırov: “Problemlərlə üz-üzə qalacağıq“

Şamaxı fəal sürüşmə zonasıdır


AzNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Bunu Abşeron yarımadasında antropogen və texnogen fəaliyyətlə əlaqələndirən nazir vəziyyətlə bağlı bülleten hazırlandığını da bildirib: "Sürüşmə zonalarının sayı çoxdur və onlar mövsümlə əlaqədar aktivləşir. Hər həftə nazirlik sürüşmə zonalarında vəziyyətlə bağlı bülleten hazırlayır. Həmin bülletendə sürüşmə zonalarındakı mövcud vəziyyət rayon icra hakimiyyəti başçılarına, Fövqəladə Hallar Nazirliyi və bu sahə ilə məşğul olan digər qurumlara təqdim olunur. Payız mövsümündə yağışlar çox olanda sürüşmə zonalarında vəziyyət aktivləşir. Bu təbii prosesdir. Bunların bir qismi texnogen, antropogen səbəblərlə bağlıdır. Biz hələ də axıra qədər təbiətin qaydalarını nəzərə almaqla işləməyə öyrəşməmişik. Buna görə də problemlərlə üz-üzə qalmalı olacağıq".

AzNews.az