Dövlət Miqrasiya Xidmətindən sərt addım Dövlət Miqrasiya Xidmətindən sərt addım

1501 əcnəbi ölkədən çıxarıldı

Dövlət Miqrasiya Xidmətindən sərt addım


1393 əcnəbi barəsində Azərbaycan ərazisini 48 saat ərzində tərk etmə, 108 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar verilib.Dövlət Miqrasiya Xidmətindən (DMX) AzNews.az-a verilən məlumata görə, ay ərzində DMX -nə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4676 müraciət daxil olub. Ay ərzində işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə DMX-nin əməkdaşları tərəfindən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilmiş tədbirlər nəticəsində mövcud qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.

İlkin

AzNews.az