Jurnalistlər Türkiyəyə gedir

"Qafqaz İslam Ordusunun zəfər yürüşünün 95-ci ili" mövzusunda "Türküstan" qəzetinin təşkil etdiyi yazı müsabiqəsinin qalibi olan 5 jurnalist oktyabrın 26-da Türkiyəyə yola düşəcək. Bu barədə məlumatı AzNews.az-a qalib jurnalistlərdən biri - telejurnalist Anar Yusifoğlu verib. Müsabiqənin qalibi olan jurnalistlər - Anar Yusifoğlu, Züleyxa Nadir, Nurlan Qələndərov, Sitarə Cabbarlı və Xalid Kazımov Türkiyənin önəmli turizm bölgələrindən olan Kapadokiyaya 5 günlük tətil qazanıblar. Müsabiqə qalibi olan jurnalistlər geri dönərkən həm də İstanbulu gəzmək imkanı əldə edəcəklər.

Elnur
AzNews.az