"Space"lə bağlı qalmaqal böyüyür "Space"lə bağlı qalmaqal böyüyür

İdris Cəfərov: “İçib stol üstünə çıxan Elçin Əlibəylinin...”

"Space"lə bağlı qalmaqal böyüyür

ANS-in əməkdaşı Elçin Əlibəylinin son günlər şəxsi həyatı və fəaliyyəti ilə bağlı mətbuatın gündəminə gələn Space" telekanalının direktoru Vaqif Mustafayevi müdafiə edən fikirlərinə qarşı tərəfdən cavab gecikməyib. AzNews.az-ın məlumatına görə, V.Mustafayevin ünvanına bir sıra ittihamlar səsləndirən "Space"in əməkdaşı İdris Cəfərov kanal direktorunu müdafiə edən E.Əlibəylini hədəfə alıb: "Elçin Əlibəyli öz ad günündə içib stolun üstündə erməni dilində "Sarı gəlin" oxuduqdan sonra nəinki jurnalistlər, ümumiyyətlə, heç Mənzil İstismar Sahəsinin mühəndisi haqqında fikir bildirməyə haqqı yoxdur. Bildirmək istəyirəm ki, ATV-dən bütün layihələri ilə kənarlaşdırılan qardaşı Oqtay Əliyevin yeganə sığınacaq yeri "Space"dir. Bu səbəbdən də qardaşlar çox narahatdır".

Bahar Rüstəmli
AzNews.az