- Köhnə - Cəmiyyət
- 29 Oktyabr 2013 10:46
- 2 586
Kənd təsərrüfatı istehsalçıları vergilərdən azad ediləcəklər
Trend-in məlumatına görə, Milli Məclisinin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanuna dəyişikliklər müzakirə olunub.
Layihə barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, layihəyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan ( o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2014-cü il yanvarından 1-dən başlayaraq 5 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi və fiziki şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmək vergisini ödəməkdən azaddırlar.
Maddənin mövcud variantında bu "2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə" kimi qeyd olunub.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
AzNews.az