Yazıçı Anar inkar etdi: “Özlərindən uydururlar”

"Qızımın maşını var. Ancaq 110 min manat nədir? Onu deyənlərin başı xarabdır".


Bu sözləri "Axar.az"a açıqlamasında Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev, qızı Günel Anarqızının 110 min manatlıq maşın sürməsi ilə bağlı xəbər saytlarında və sosial şəbəkərlərdə yazılanlara münasibət bildirərkən dedi. Xalq Yazıçısı qızının maşın sürməsi xəbərini təsdiqləsə də, iddia edilən maşının qızına aid olmasını inkar edib:

"100 min manatlıq maşın nədir? Yox bir, 200 min. Qızımın maşını var, amma onun qiyməti heç 50 min də deyil, 30 min də deyil."

"Maşının markası nədir, nömrəsi neçədir?" sualına isə yazıçı belə cavab verib:

"Maşının markasını bilmirəm. Heç nömrəsi də yadımda qalmayıb. Belə axmaq məsələlərlə bağlı niyə mənə müraciət edirsiniz? Hansısa axmaq adamlardır mənim haqqımda yazırlar, özlərindən uydururlar".


AzNews.az
image description image description