“Deputat həmkarının yerinə səs vermək hüquq məsuliyyət daşımır” “Deputat həmkarının yerinə səs vermək hüquq məsuliyyət daşımır”

“Mən də deputat yoldaşımın yerinə səs vermişəm” – Fazil Mustafa

“Deputat həmkarının yerinə səs vermək hüquq məsuliyyət daşımır”




Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının üzvü Fazil Mustafa deyib. O bildirib ki, Milli Məclisin deputatlarının səsvermədə iştirakı zəruridir. Ancaq razılıq əsasında həmkarının yerinə səs vermək də heç bir məhdudiyyət yaratmır: "Yəni, qanunda deputata həmkarının yerinə səs verməməməklə bağlı hər hansı qadağa tətbiq olunmayıb. Ancaq deputat həmkarının yerinə onun iradəsinin ziddinə olaraq, səs verərsə, bu hal intizamsızlıq kimi dəyərləndirlə bilər. Əlbəttə, kiminsə daha vacib işi çıxıbsa, 10 dəqiqəlik kənara gedibsə və yoldaşından onun yerinə lehinə yaxud da, əleyhinə səs verməsini xahiş edibsə, burada cinayət axtarmaq düzgün deyil. Bu prosedur pozuntusu sayıla da bilər. Ancaq ümumi bir məsuliyyət yaratmır. Burada məsuliyyət kiminsə iradəsinin ziddinə olaraq, onun yerinə səs vermək olduğu halda yarana bilər. Bu pozuntunun aşkar olunması isə deputatın şikayəti əsasında mümkündür".

F. Mustafa qeyd edib ki, belə halda İntizam Komissiyasının məsələyə müdaxilə etmək imkanı yarana bilər. F. Mustafa deyib ki, parlament təcrübəsi zamanı o da belə halla qarşılaşıb: "Son dərəcə vacib bir işim olub, getməli olmuşam. Ancaq müzakirə olunan məsələnin əleyhinə səs vermək, mənim üçün prinsipial məsələ olub. Həmkarımdan xahiş etmişəm ki, mənim əvəzimə səs ver. Etiraf edim ki, mən də deputat yoldaşımın yerinə səs vermişəm".

Ramil
AzNews.az