Əli Abbasov Macarıstana səfər edəcək

Macarıstanda informasiya texnologiyaları sahəsinə cavabdeh milli inkişaf naziri xanım Zuza Nemesin dəvəti ilə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Budapeştə (Macarıstan) səfər edəcək.

Səfər noyabrın 8-9-də baş tutacaq.

Məlumata görə, səfər çərçivəsində 2013-cü ilin may ayında bu ölkədə qurulan Avropa Birliyinin (AB) elm, texnologiya, rabitə, kibertəhlükəsizlik və digər sahələrdə məlumat bazalarını özündə mərkəzləşdirən Data Mərkəzin fəaliyyəti ilə yaxından tanışlıq, eyni zamanda belə bir mərkəzin Azərbaycanda yaradılması məqsədilə aparılan danışıqların davam etdirilməsi nəzərdə tutulur.

Səfərdə həmçinin sözügedən ölkənin aparıcı İKT şirkətlərinin rəhbərləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

AzNews.az