Şəkidə fləşmob keçirilib - VİDEO

Konstitusiya günü münasibəti ilə Şəkidə fləşmob keçirilib. "KanalS"-ə istinadən xəbər verilir ki, fləşmob Şəki Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bəxtiyar Vahabzadə adına Mədəniyyət və İstirahət Parkında Tələbə Gənclər Təşkilatı və Debat klubunun bir qrup üzvü tərəfindən reallaşıb. Fləşmobda iştirak edən 30-a yaxın gənc kitab oxuyub. Məqsəd gənc nəslin kitaba olan marağının yüksəldilməsi olub. İştirakçılar belə tədbirlərin gənclərin maarifləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildiriblər.




AzNews.az