- Köhnə - Cəmiyyət
- 13 Noyabr 2013 11:49
- 10 438
Prezident Ankaradakı Heydər Əliyev parkında- FOTOLAR
Səkkiz hektara yaxın ərazisi olan parka 2008-ci ilin iyununda mərhum prezident Heydər Əliyevin adı verilib. Parkın mərkəzində mərhum prezident Heydər Əliyevin möhtəşəm abidəsi ucaldılıb. Abidənin müəllifi Azərbaycan heykəltəraşı Natiq Əliyevdir.
Dövlət başçısı mərhum prezident Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Parkda musiqili fəvvarə tikilmiş, ağac və gül kolları əkilmiş, uşaqların əylənməsi üçün xüsusi qurğular quraşdırılmış, sakinlərin istirahətinin səmərəli təşkili, idmanla məşğul olmaları üçün də lazımi şərait yaradılıb.
AzNews.az