Zakir Qaralov: “Tikinti materialları dəmir yolu vasitəsi ilə daşınsın“

"Gecə vaxtlarında avtobusların hərəkəti məhdudlaşdırılıb. Bu addım yol qəzalarının azalmasına səbəb olub. Hesab edirik ki, bununla bağlı normativ aktlara yenidən baxılmalıdır".


APA-nın xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov Ali Məhkəmənin Plenumunda çıxışında deyib: "Ağır tonnajlı maşınların çınqıl, qum, tikinti materialları daşıması ilə bağlı baş nazirə də müraciət etmişik. Bildirmişik ki, bunlar dəmir yolu vasitəsi ilə daşınsın, çünki yol qəzalarına səbəb olur. Təklif edirəm ki, plenumun son qərarı həm Baş Prokurorluq, həm də Daxili İşlər Nazirliyinin mütəxəssisləri ilə müzakirə olunsun".


AzNews.az