Nazirdən yeni tapşırıq; UAZ-lar Bakıdan cəbhəyə göndərilir

AzNews.az yeni müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsinə səfərlərində verdiyi mühüm mesajlardan bir qismini ictimaiyyətin diqqətinə çatdırıb. Redaksiyamıza nazirin öz səfərləri zamanı xüsusilə diqqət yetirdiyi məqamlarla bağlı yeni məlumatlar daxil olub. Belə ki, Z.Həsənov hərbi hissə komandirləri ilə görüşündə Bakıdakı hərbi hissələrdə olan "UAZ" markalı avtomobillərin təcili səkildə cəbhə bölgəsinə göndərilməsini əmr edib. Nazir tapşırıb ki, cəbhə bölgəsində bütün hərbi hissə komandirləri avtomobillə təmin edilməlidir. Bundan başqa nazir hərbçilərin mənzil şəraiti və əmək haqlarının yaxşılaşdırılacağı ilə bağlı da mesaj verib.

Azər
AzNews.az