Azərbaycan Portuqaliyadan ətir tədarükünü bərpa edib

Ötən il Azərbaycana xaricdən 42,1 milyon ABŞ dolları dəyərində 1 min 924 ton ətir və tualet suyu gətirilib.

Aznews.az xəbər verir ki, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 15 %, kəmiyyət olaraq 8 % çoxdur.

Hesabat dövründə Azərbaycan Fransadan 15,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 8 % çox) 136,4 ton (+0,4 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 4,6 milyon ABŞ dolları dəyərində (-1 %) 348,3 ton (-16 %), Çindən 4,19 milyon ABŞ dolları dəyərində (+43 %) 703,4 ton (+34 %), İtaliyadan 4,18 milyon ABŞ dolları dəyərində (+44 %) 66 ton (+46 %), İspaniyadan 3,3 milyon ABŞ dolları dəyərində (+11 %) 58,1 ton (-19 %) məhsul alıb.

Azərbaycan 9 il 5 aylıq aradan sonra Portuqaliyadan tədarükü (8,8 min ABŞ dollarına 0,08 ton) bərpa edib.

2024-cü ildə Azərbaycana idxal edilmiş 36,6 milyon ABŞ dolları dəyərində ətirin 39 %-i Fransanın, 13 %-i BƏƏ-nin payına düşüb.