Hüseyn Bağırov: “Biz narahatıq“


"Xəzər dənizində mnemiopsislərin düşməni yoxdur. Hesab edirəm ki, vəziyyət sabitləşəcək".

Bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə bildirib.

Nazir qeyd edib ki, Qara dənizdə də bu probledm ağır mərhələyə gəlib çatmışdı. Sonra mərhələ ilə ona qarşı təbiət özü tədbir görə bildi: "Amma bilirəm ki, 5 ölkəni birləşdirən Xəzər Bioresursları Komissiyası bunun üzərində işləyir. Onlar ayrı-ayrı sahələrdə araşdırma aparırlar. Başqa bir canlının mnemiopsislərin öhdəsindən gələ biləcəyi yoxlanılıb. Ancaq təhlükə ondadır ki, həmin canlı Xəzərə buraxılsa, o, mnemiopsislərdən sonra nəyi yeyəcək? Bu, sualdır. Ona görə də biz narahatıq".


AzNews.az