Koreyanın Soqanq Universitetində “Azərbaycan günü” keçirilib


"Buta" Azərbaycan-Koreya Tələbə Təşkilatı Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə Soqanq Universitetində "Azərbaycan günü" adlı açıq sərgi və təqdimat mərasimi keçirilib.
Sərgidə Azərbaycanın milli musiqi alətləri, incəsənət nümunələri, milli mədəni və tarixi irsinə aid materiallar nümayiş etdirilib. Təqdimatda Azərbaycanın son illər iqtisadiyyat, idman, incəsənət və turizm sahələrində əldə etdiyi nailiyyətlər barədə məlumat verilib, bukletlər və məlumat kitabçaları paylanılıb.
"BUTA-nın sədri Orxan Ləzimov rəhbərlik etdiyi təşkilatın bu cür tədbirlərin sayını artırmaq və Koreyanın digər qabaqcıl universitetlərində də daha geniş formatda həyata keçirmək niyyətində olduqlarını bildirib.
Soqanq Universitetinin tələbəsi, "BUTA"-nın idarə heyətinin üzvü Rüfət Mustafayevin verdiyi məlumata görə, bu kimi tədbirlər Soqanq Universitetində bir ənənəyə çevrilib.(Azər Tac)