Sabaha olan hava proqnozu

Sabah Azərbaycan ərazisində hava əsasən yağmursz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək və şimal-qərb küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında noyabrın 23-də havanın temperaturu gecə 5-9, gündüz 11-14 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 23-də hava əsasən yağmursuz keçəcək, bəzi yerlərə səhər və gecə saatlarında az yağış yağacaq, duman və çiskin olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Qeyd edək ki, noyabrın 23-24-də Bakıda dünya GT3 avtomobil yarışı keçiriləcək.

AzNews.az